Xaricdə Təhsil
Xaricdə təhsil üçün bizə müraciət edin – Ən yaxşı seçimləri təklif edəcəyik. Bizimlə elə indi əlaqə saxla.
Xaricdə təhsil almaq istəyən tələbələr üçün peşəkar dəstək və məsləhət xidmətləri təqdim edirik. Attestatla xaricde tehsil almaq, bakalavr, magistratura və ya digər təhsil proqramlarına qəbul olmaq istəyən namizədlərə sənədləşmə mərhələsindən başlayaraq təhsil müddətinə qədər hərtərəfli köməklik göstəririk. Əməkdaşlıq etdiyimiz universitetlərin diplomları Azərbaycanda tanınır və məzunlara geniş karyera imkanları yaradır. Bundan əlavə, xaricdə dil kursları, hazırlıq proqramları və ixtisas seçimi üzrə məsləhətlər təqdim edərək tələbələrin məqsədlərinə uyğun ən doğru təhsil yolunu seçməsinə dəstək oluruq.

Hansı ölkələrdə təhsil almaq mümkündür?
Xaricdə təhsil xidmətimiz çərçivəsində müxtəlif ölkələrin universitet və təhsil müəssisələrinə qəbul prosesində dəstək göstəririk. Türkiyə yüksək təhsil keyfiyyəti və münasib təhsil haqları ilə seçilir. Rusiya, Dağıstan və Özbəkistan tibb, mühəndislik və texniki ixtisaslar üzrə geniş imkanlar təqdim edir. Gürcüstan və Qazaxıstan həm yaxınlıq, həm də beynəlxalq səviyyədə tanınan universitetləri ilə tələbələrin diqqətini cəlb edir. Bundan əlavə, Avropa ölkələrində təhsil almaq istəyənlər üçün də müxtəlif proqramlar mövcuddur. Xaricdə dil kursları və hazırlıq proqramları vasitəsilə tələbələr seçdikləri ölkənin dilini və təhsil sistemini daha yaxşı mənimsəyə bilərlər.
Xaricdə təhsil üçün hansı dəstəyi veririk?
Xaricde tehsil prosesində tələbələrə və valideynlərə hər mərhələdə dəstək göstəririk. Universitet və ixtisas seçimi üzrə məsləhət xidməti təqdim edir, qəbul şanslarını artırmaq üçün ən uyğun təhsil müəssisələrinin müəyyənləşdirilməsinə kömək edirik. Sənədlərin hazırlanması, notarial tərcüməsi və təsdiqi, qəbul sənədlərinin əldə olunması və tələbəyə çatdırılması proseslərini təşkil edirik. Eyni zamanda viza, səyahət planlaşdırılması, bilet alınması və xarici ölkəyə ilk gediş zamanı zəruri məsləhətlər veririk.
Tələbələrin təhsil alacaqları ölkədə qarşılanması, yaşayış yerinin tapılması, mobil nömrə əldə edilməsi və yerli mühitə uyğunlaşması üçün də dəstək göstərilir. Təhsil müddətində universitetlə əlaqələrin qurulması, müxtəlif sənədləşmə işləri və gündəlik yaşayışla bağlı yaranan məsələlərdə məsləhət xidməti təqdim olunur. Məqsədimiz tələbələrin xaricde tehsil həyatına daha rahat başlamasına və təhsil müddətində özlərini güvəndə hiss etməsinə kömək etməkdir.
Xaricdə təhsil üçün hansı işləri görürük?
Xaricdə təhsil almaq istəyən tələbələrin qəbul prosesini mümkün qədər rahat və təhlükəsiz şəkildə təşkil edirik. Universitet və ixtisas seçimi, sənədlərin hazırlanması, tərcümə və təsdiq prosesləri, müraciətlərin göndərilməsi və qəbul məktublarının alınması kimi bütün mərhələlərdə dəstək göstəririk. Eyni zamanda tələbələrin səfər planlaması, yaşayış yerinin seçilməsi, təhsil alacaqları ölkədə ilkin uyğunlaşma və universitetlə əlaqələrin qurulması istiqamətində köməklik edirik.
Təhsil müddətində tələbələrin qarşılaşa biləcəyi müxtəlif təşkilati məsələlər üzrə məsləhətlər verir, universitet daxili sənədlərin hazırlanması və rəsmi prosedurların icrası ilə bağlı istiqamətləndiririk. Məzun olduqdan sonra diplomların leqallaşdırılması və apostil prosedurları barədə də dəstək göstəririk.
Niyə bizi seçməlisiniz?
Xaricdə təhsil sahəsində topladığımız təcrübə sayəsində tələbələrə etibarlı və şəffaf xidmət təqdim edirik. Məqsədimiz yalnız universitetə qəbul almaq deyil, tələbənin təhsil həyatına uğurlu başlamasına kömək etməkdir. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir, tələbənin akademik göstəricilərinə, büdcəsinə və gələcək hədəflərinə uyğun təhsil variantları təklif olunur.
Əməkdaşlıq etdiyimiz ali təhsil müəssisələrinin diplomları Azərbaycanda tanınır və məzunlara həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında geniş imkanlar yaradır. Attestatla xaricde tehsil almaq, bakalavr və magistratura proqramlarına müraciət etmək və ya xaricdə dil kurslarında iştirak etmək istəyən hər kəs üçün uyğun həllər təqdim edirik.
Xaricdə təhsil üçün müraciət edin
Əgər xaricdə təhsil almağı planlaşdırırsınızsa, ilk addımı düzgün atmaq vacibdir. Təhsil almaq istədiyiniz ölkə, universitet və ixtisas seçimi ilə bağlı peşəkar məsləhət almaq üçün bizimlə əlaqə saxlayın. Mütəxəssislərimiz sizin üçün ən uyğun təhsil proqramlarını müəyyənləşdirəcək və qəbul prosesinin bütün mərhələlərində yanınızda olacaq.
Xaricdə təhsil almaq istəyirsiniz?
Universitet, ixtisas və ya ölkə seçimi ilə bağlı peşəkar məsləhət almaq üçün bizimlə əlaqə saxlayın. Xaricdə təhsil prosesinin bütün mərhələlərində sizə dəstək göstərməyə hazırıq.
Xaricdə təhsil ilə bağlı çox verilən suallar
Xaricdə təhsil almaq üçün hansı sənədlər tələb olunur?
Tələb olunan sənədlər seçilən ölkə və universitetdən asılı olaraq dəyişə bilər. Adətən attestat və ya diplom, qiymət cədvəli, şəxsiyyət vəsiqəsi və ya pasport, fotoşəkil və digər əlavə sənədlər tələb olunur.
Attestatla xaricdə təhsil almaq mümkündürmü?
Bəli. Bir çox ölkənin universitetlərində attestat əsasında bakalavr proqramlarına qəbul olmaq mümkündür. Qəbul şərtləri universitet və ixtisasdan asılı olaraq fərqlənir.
Xaricde tehsil üçün dil biliyi mütləqdirmi?
Bu, seçilən proqramdan asılıdır. Bəzi universitetlər beynəlxalq dil sertifikatı tələb edir, digərləri isə hazırlıq ili və ya dil kursları təklif edir. Xaricdə dil kursları vasitəsilə tələbələr təhsil alacaqları ölkənin dilini öyrənə bilərlər.
Xaricdə təhsil alan tələbələr üçün yaşayış necə təşkil olunur?
Tələbələr üçün universitet yataqxanaları, tələbə evləri və ya kirayə mənzillər seçilə bilər. Yaşayış yerinin tapılması və yerləşmə prosesi ilə bağlı məsləhət və dəstək göstərilir.
Xaricdə təhsil zamanı hərbi xidmətdən möhlət almaq mümkündürmü?
Qanunvericiliyin tələblərinə uyğun olaraq xarici universitetlərdə əyani təhsil alan tələbələr müəyyən hallarda hərbi xidmətdən möhlət hüququ əldə edə bilərlər.
Xaricdə təhsil alan tələbələrin diplomları Azərbaycanda tanınırmı?
Bu, universitetin və təhsil proqramının statusundan asılıdır. Əməkdaşlıq etdiyimiz universitetlərin diplomları Azərbaycan Respublikasının müvafiq qaydalarına uyğun olaraq tanınan ali təhsil müəssisələrinə aiddir.
Xaricdə təhsil üçün müraciətə nə vaxt başlamaq lazımdır?
Qəbul prosesinə mümkün qədər erkən başlamaq tövsiyə olunur. Sənədlərin hazırlanması, universitetə müraciət, qəbul məktubunun alınması və digər prosedurlar vaxt tələb etdiyindən ən azı bir neçə ay əvvəl müraciət etmək daha məqsədəuyğundur.