Yaxın 30 İldə Populyar Olacaq 10 ixtisas – Süni intellekt həyatımızı dəyişir
- 27 İyul 2025
- Posted by: Kurslar10
- Category: Texnologiya İxtisas seçimi Süni intellekt

Gələcəyin peşələrinə indidən hazırlaş!
Hazırda texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata daxil olması və iqlim dəyişikliyi kimi qlobal problemlər yeni ixtisaslara ehtiyac yaradacaq. Artıq ənənəvi peşələr tək başına kifayət etmir. Buna görə də məktəblilər, xüsusilə də 10-11-ci sinif şagirdləri üçün gələcəkdə hansı ixtisasların daha tələbatlı olacağını bilmək çox vacibdir.
Bu məqalədə yaxın 30 ildə dünyada və Azərbaycanda yüksək tələbat görəcək 10 intelektual ixtisas haqqında sadə və başa düşülən dildə danışacağıq. Hədəfimiz – sənə gələcəyin qapısını açmaq üçün düzgün istiqamət verməkdir.
Yaxın 30 ildə intelektual sahədə populyar olacaq 10 ixtisas
1. Süni intellekt (AI) mühəndisi
Gələcəyin demək olar ki, hər sahəsində süni intellekt (AI) olacaq: tibb, nəqliyyat, təhsil, robotlar və hətta telefon tətbiqləri. Bu sahədə çalışanlar proqramlara “ağıllı düşünməyi” öyrədir. Məsələn, ChatGPT və ya Netflix-in sizə film tövsiyə etməsi bu texnologiyaların nəticəsidir. AI mühəndisi olmaq üçün proqramlaşdırma, riyaziyyat və məntiq sahəsində yaxşı təhsil almaq lazımdır.

2. Kiber təhlükəsizlik mütəxəssisi
Texnologiya inkişaf etdikcə, internetdəki məlumatlar daha çox risk altına düşür. Şirkətlərin, bankların və hökumətlərin məlumatlarını oğurluqdan qoruyan insanlara böyük ehtiyac var. Kiber təhlükəsizlik mütəxəssisi olmaq üçün kompüter şəbəkələri və təhlükəsizlik sistemləri haqqında biliklər vacibdir.

3. Data analitiki (Məlumat analizi üzrə mütəxəssis)
“Data” yəni məlumat – müasir dünyanın qızılıdır. Hər gün milyonlarla insan internetdə axtarış edir, alış-veriş edir, mesaj yazır. Bu məlumatları toplayıb təhlil edən şəxslər şirkətlərin gələcək addımlarını planlaşdırmağa kömək edir. Data analitikləri riyaziyyat, statistika və proqramlaşdırma sahəsində bilikli olmalıdır.

4. Gen mühəndisi
Biotexnologiyanın inkişafı ilə artıq xəstəlikləri müalicə etmək üçün canlıların genləri üzərində dəyişikliklər edilə bilir. Gen mühəndisləri daha sağlam insanlar, məhsuldar bitkilər və xəstəliklərə davamlı heyvanlar yaratmaq üçün çalışırlar. Bu sahə xüsusilə tibb, biologiya və kimyaya marağı olanlar üçün uyğundur. Hazırda bu sahədə süni intellektin tətbiqi sayəsində inqilabi dəyişiklər baş verməkdədir.

5. Robot texnikası üzrə mühəndis
Robotlar artıq fabriklərdə, xəstəxanalarda və evlərdə istifadə olunur. Robot texnikası üzrə mühəndislər bu robotların hazırlanması, proqramlaşdırılması və idarə olunması ilə məşğul olurlar. Gələcəkdə bu sahə daha da böyüyəcək, çünki insanlar bəzi işlərini tamamilə robotlara həvalə edəcəklər.

6. Beyin-kompüter əlaqəsi üzrə mütəxəssisi
Bu sahədə çalışanlar insan beynini kompüterlə birləşdirən texnologiyalar hazırlayırlar. Məsələn, düşüncə ilə oyun oynamaq və ya əlil insanların düşüncə ilə cihazları idarə etməsi bu sahənin tətbiqləridir. Elm fantastikası kimi görünsə də, artıq bir çox ölkədə bu texnologiyalar test edilir.

7. Rəqəmsal marketinq mütəxəssisi
İnternetdə nə qədər yaxşı məhsulunuz olsa da, onu düzgün tanıda bilməsəniz, heç kim almayacaq. Rəqəmsal marketoloqlar reklamları, sosial şəbəkə paylaşımlarını və sayt dizaynını planlaşdıraraq alıcıların diqqətini çəkirlər. Kreativ düşüncəli və analitik qabiliyyətli şəxslər üçün ideal sahədir. Artıq rəqəmsal marketinqdə süni intellekt tətbiq olunmağa başlayıb.

8. Kosmik texnologiyalar üzrə mütəxəssis
Kosmosa maraq artır. Elon Musk və digər şirkətlər Marsa insan göndərməyi planlayır. Bu sahədə çalışanlar peyklər, kosmik gəmilər və digər cihazların hazırlanması ilə məşğuldur. Astronomiyaya və fizika elminə marağı olanlar üçün əla ixtisasdır.

9. İqlim dəyişikliyi və ekoloji texnologiyalar üzrə mütəxəssis
Dünya iqlim dəyişikliyi ilə üz-üzədir. Bu sahədə çalışanlar daha təmiz enerji mənbələri tapmaq, tullantıları azaltmaq və ətraf mühiti qorumaq üçün yeni texnologiyalar hazırlayırlar. Gələcəkdə bu sahəyə olan tələbat çox artacaq. Süni intellektin təqdim edəcəyi imkanlar sayəsində ekoloji problemlərin həlli asanlaşa bilər.

10. Virtual reallıq (VR) və artırılmış reallıq (AR) dizayneri
VR və AR texnologiyaları ilə insanlar süni bir dünyaya daxil olur və orada oyun oynaya, dərs keçə və ya məhsulları test edə bilirlər. Gələcəkdə dərslər, tibbi əməliyyatlar və hətta idman məşqləri bu texnologiyalarla ediləcək. Bu sahədə həm proqramlaşdırma, həm də dizayn vacibdir.

Nəticə
Dünya dəyişir və yeni ixtisaslara ehtiyac artır. Gələcəyin peşələri texnologiya, təbiət və insan düşüncəsi ilə sıx bağlıdır. Əgər indidən doğru istiqamət seçsən, gələcəkdə həm maraqlı, həm də gəlirli bir peşəyə sahib ola bilərsən. Bu 10 ixtisas hamısı deyil. Zamanla bu gün ağlımıza belə gəlməyən yeni ixtisaslar ortaya çıxacaq. Süni intellektin inkişafı bütün intelektual sahələrdə inqilabi dəyişkilklərə səbəb olmaqdadır.
Unutma: Gələcək sənə hazır gəlməyəcək. Sən ona hazırlaşmalısan!