Çin dili kursu
- Təsvir

Çin dili kursu – Sıfırdan HSK1 səviyyəsinə 3 ayda!
Çin dili kursu hazırda populyar kurslardandır. Çinin dünya iqtisadiyyatında, elm və texnologiyasında inkişafı bu dili öyrənməyin vacibliyini artırır. Xüsusən də Azərbaycanla Çin arasında viza rejimi ləğv edildikdən sonra daha da aktual olmağa başlayıb. Çin dili kursumuzda 3 ayda sıfırdan HSK1 səviyyəsinə çatmaq mümkündür. HSK1-in nə olduğunu bu məqalədən öyrənə bilərsiniz. Əgər siz daha da yüksək səviyyələrə çatmaq istəyirsinizsə bu da mümkündür. Bizimlə Çini fəth edəcəksiniz.
Çin dili öyrənməyin əhəmiyyəti
Dünyada ən çox danışılan ana dili olan çin dili, həm akademik, həm də peşəkar sahələrdə əvəzolunmaz imkanlar yaradır. Çinlə artan iqtisadi və mədəni əlaqələr fonunda çin dili öyrənmək bir çox insan üçün prioritetə çevrilib. Tələbə, abituriyent və ya gələcəkdə Çinlə əlaqəli karyera planı quran hər kəs üçün bu dili bilmək rəqabət üstünlüyü yaradır.
Çin dili kursları Kurslar 10-da necə keçirilir?
Kurslar 10 tərəfindən təqdim olunan çin dili kursu, yaşı 12-dən yuxarı məktəblilər, yeniyetmələr və gənclər üçün xüsusi hazırlanıb. Bu yaş qrupu əsasən 6–11-ci sinif şagirdlərini və tələbələri əhatə edir. Kurslar həm qrup, həm də fərdi şəkildə keçirilir və hər bir iştirakçının inkişaf tempi nəzərə alınır.
Tələbə 3 ayda HSK1 səviyyəsini mənimsəyə bildisə o zaman növbəti səviyyələrə keçmək təklif olunur. Əgər sizin mükəmməl şəkildə çin dilində danışmaq istəyiniz varsa o zaman növbəti mərhələlər üçün çin dili kursumuza davam edə bilərsiniz.
New Practical Chinese kitabı və müəllif slaydlarının istifadəsi
Dərslər beynəlxalq standartlara uyğun olaraq New Practical Chinese dərsliyi əsasında qurulub. Eyni zamanda, müəllim tərəfindən hazırlanmış xüsusi slaydlar mövzuların daha aydın və vizual şəkildə mənimsənilməsinə kömək edir. Bu yanaşma öyrənməni daha sistemli və yadda qalan edir.
İnteraktiv dərslər məktəblilər üçün xüsusən faydalıdır. Əylənərək öyrənmək dilin daha yaxşı mənimsənilməsinə kömək edir.
HSK1 imtahanına 3 ayda necə hazırlaşmaq olar?
Kursun əsas məqsədi tələbələri 3 ay ərzində HSK1 səviyyə imtahanına tam şəkildə hazırlaşdırmaqdır. Çin dili dərsləri mərhələli şəkildə qurulur: əvvəlcə əsas söz ehtiyatı və qrammatika, daha sonra dinləmə, danışıq və yazı bacarıqları. Bu mərhələli yanaşma sayəsində tələbələr imtahana əminliklə daxil olurlar.
Dərslərdə istifadə olunan interaktiv metodlar və materiallar
Ənənəvi dərs metodlarından fərqli olaraq, çin dili kursları zamanı video materiallar, oyunlar və kino baxışları kimi interaktiv vasitələrdən geniş istifadə olunur. Çin dilində filmlərə baxmaq və real danışıq nümunələri eşitmək öyrənənlərin dildə düşünmə və anlama bacarığını gücləndirir.
Yalnız çin dilində aparılan conversation dərsləri
Kursun ən effektiv mərhələlərindən biri də yalnız çin dilində keçirilən conversation dərsləridir. Bu dərslərdə tələbələr yalnız öyrəndikləri dil vasitəsilə ünsiyyət qurmağa təşviq olunurlar. Beləliklə, danışıq bacarığı inkişaf edir və çin dilində sərbəst ifadə etmək daha asanlaşır.
Çin dili öyrənmək istəyənlər üçün Kurslar 10-un üstünlükləri
-
3 ayda HSK1 səviyyəsinə tam hazırlıq
-
Təcrübəli və ixtisaslaşmış müəllim
-
Müasir dərs vəsaitləri və interaktiv metodlar
-
Yaşa uyğun və səviyyəyə əsaslanan dərs planı
-
Qrup və fərdi dərs imkanları
-
Online dərslər – rahat və təhlükəsiz öyrənmə mühiti
Kimlər üçün nəzərdə tutulub?
Bu çin dili kursu, yaşı 12-dən yuxarı olan məktəblilər və gənclər üçün idealdır. Əgər siz:
-
Çin dilini sıfırdan öyrənmək istəyirsinizsə,
-
Gələcəkdə HSK imtahanlarına hazırlaşmaq planınız varsa,
-
Çinlə təhsil və ya iş əlaqələri qurmaq istəyirsinizsə — bu kurs sizin üçün əla seçimdir.
Çin dili dərsləri haqqında tez-tez verilən suallar
Çin dili öyrənmək çətindir?
Əsaslı və ardıcıl proqramla çin dili öyrənmək tam mümkündür. Dərslərimiz sadə və anlaşıqlı şəkildə qurulub.
Çin dili kursları online keçirilir?
Bəli, çin dili kursları Zoom platforması (və ya votsap) üzərindən online şəkildə keçirilir. Mərkəzimiz başqa xarici dil kursları da təklif edir.
Kursa qoşulmaq üçün dil biliyi lazımdır?
Xeyr. Kurs sıfırdan başlayanlar üçün nəzərdə tutulub.
Çin dili kursuna necə yazılmaq olar?
Əgər siz də çin dili öyrənmək və HSK1 səviyyəsinə çatmaq və daha da irəliləmək istəyirsinizsə, Kurslar 10-un təqdim etdiyi bu peşəkar və interaktiv kursa qoşulmaq vaxtıdır! Əlavə məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxla.
Hazırda hər həftə sınaq dərsləri keçirilir. Onlayn çin dili dərslərinə qoşularaq dərslərin neçə keçirildiyini əyani izləyə bilərsiz. Əgər bəyənsəniz çin dili kurslaırmıza qoşulmaq barədə qərar verərsiniz.