Have a question?
Message sent Close

4-cü qrup keçid balları 2025

4-cü qrup keçid balları ixtisasları əsasən kimya, biologiya, tibb, kənd təsərrüfatı və ətraf mühit sahələrini əhatə edir. Bu qrupa daxil olan ixtisaslar təbiət elmlərinə və canlı orqanizmlərə marağı olan abituriyentlər üçün nəzərdə tutulmuşdur. Bu qrupun əsas imtahan fənləri kimya, biologiya və fizikadır.

Qrupda tələb olunan və rəqabətli ixtisasları arasında Tibb, Müalicə İşi, Stomatologiya, Əczaçılıq və Baytarlıq yer alır. Bundan əlavə, Kimya, Biologiya, Ekologiya və kənd təsərrüfatı ilə bağlı (məsələn, Aqronomluq, Zoomühəndislik) ixtisaslar da bu qrupa daxildir. Bu sahələri bitirən məzunlar səhiyyə sistemində, elmi-tədqiqat laboratoriyalarında, əczaçılıq sənayesində, kənd təsərrüfatı komplekslərində və ətraf mühitin qorunması sahəsində geniş iş imkanları əldə edə bilərlər. IV qrup ixtisasları güclü analitik bacarıqlar, dəqiqlik və təbiət elmlərinə dərin maraq tələb edir.

4-cü qrup keçid balları – hər bir ixtisas qrupu üzrə dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaq üçün ən aşağı bal toplamış abituriyentin nəticəsidir. İxtisas kodlaşdırılması zamanı nəzərə alınmalıdır.
Ətraflı izah üçün ixtisaslardan sonra qeyd olunmuş mətni oxuyun


4-cü qrup keçid balları və ixtisaslar

Bakı Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 389.3 (389.3)
✅ Kimya müəllimliyi Ə 415.8(416.3)
✅ Psixologiya Ə 497.9(497.9)
✅ Psixologiya Q 376.1 (469.4)
✅ Psixologiya (tədris ingilis dilində) Ə 551.9 (551.9)
✅ Biologiya Ə 468.1 (468.1)
✅ Biologiya Q 307.7 (318.5)
✅ Biologiya (tədris ingilis dilində) Ə 492.6(492.6)
✅ Biotexnologiya Ə 472.1 (504.9)
✅ Biotexnologiya (tədris ingilis dilində) Ə 532.7 (532.7)
✅ Ekologiya Ə 293.5 (295.4)
✅ Ekologiya Q 224.5 (254.9)
✅ Ekologiya (tədris ingilis dilində) Ə 351.9(351.9)
✅ Kimya Ə 452.7 (452.7)
✅ Kimya (tədris ingilis dilində) Ə 522.1 (522.1)
✅ Bitki mühafizəsi Ə 252.6(252.6)
✅ Su bioehtiyatları və akvakultura Ə 249.3 (249.3)
✅ Kimya və biologiya müəllimliyi Ə 200.0(442.5)
(Qazax filialı)

Azərbaycan Tibb Universiteti 4-cü qrup keçid balları

✅ Əczaçılıq Ə 540.5 (540.5)
✅ Fizioterapiya və tibbi reabilitasiya Ə 573.8 (582.2)
✅ Tibb bacısı işi Ə 501.4(501.8)
✅ İctimai səhiyyə Ə 563.2 (563.2)
✅ Stomatologiya Ə 589.4(589.4)
✅ Tibb Ə 605.1 (605.1)
✅ Tibb (tədris ingilis dilində) Ə 681.4(681.4)

Azərbaycan Dövlət Pedaqoji Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0 (345.3)
✅ Kimya müəllimliyi Ə 200.0(362.1)
✅ Kimya və biologiya müəllimliyi Ə 370.5 (370.5)

Azərbaycan Dövlət İqtisad Universiteti 4-cü qrup keçid balları

✅ Ekologiya Ə 273.9 (278.4)
✅ Ekologiya Q 211.6 (-)

Bakı Slavyan Universiteti 4-cü qrup keçid balları

✅ Psixologiya Ə 440.1 (453.2)
✅ Psixologiya Q 200.0 (-)

Bakı Mühəndislik Universiteti 4-cü qrup keçid balları

✅ Biotexnologiya Ə 369.5 (504.8)
✅ Kimya (tədris ingilis dilində) Ə 442.8 (442.8)

Azərbaycan İdman Akademiyası 4-cü qrup keçid balları

✅ Bədən tərbiyəsi və idmanda Ə 364.2 (398.0)
reabilitasiya

Naxçıvan Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0 (404.0)
✅ Kimya müəllimliyi Ə 264.0 (365.2)
✅ Psixologiya Ə 394.0 (459.4)
✅ Biologiya Ə 322.4 (322.4)
✅ Biologiya Q 200.0 (-)
Subbakalavrlar üzrə 92.2 ( – )
✅ Kimya Ə 200.0 (414.5)
✅ Baytarlıq təbabəti Ə 150.0(227.5)
Subbakalavrlar üzrə TiA ÇTi.A)
✅ Əczaçılıq Ə 507.3 (507.3)
✅ Tibb bacısı işi Ə 392.1 (503.3)
✅ İctimai səhiyyə Ə 545.4 (545.4)
✅ Stomatologiya Ə 569.0(569.0)
✅ Tibb Ə 573.4 (577.4)
✅ Tibb (tədris ingilis dilində) Ə 579.6 (579.6)

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) 4-cü qrup keçid balları

✅ Biotexnologiya Ə 200.0 (-)
Subbakalavrlar üzrə 89.4 ( – )
✅ Ekologiya Ə 150.0 (-)
Subbakalavrlar üzrə 89.9 (89.9)
✅ Ekologiya Q 150.0 (-)
Subbakalavrlar üzrə 92.0 (92.3)
✅ Bağçılıq və tərəvəzçilik Ə 150.0(189.0)
Subbakalavrlar üzrə 83.8 (83.8)
✅ Bağçılıq və tərəvəzçilik Q 150.0(156.0)
Subbakalavrlar üzrə 91.3(91.3)
✅ Baytarlıq təbabəti Ə 150.0(159.3)
Subbakalavrlar üzrə 81.0(81.0)
✅ Baytarlıq təbabəti (tədris ingilis Ə 266.5 (266.5)
dilində)
✅ Bitki mühafizəsi Ə 150.0(183.2)
Subbakalavrlar üzrə 88.9 (88.9)
✅ Su bioehtiyatları və akvakultura Ə 150.0(155.6)
✅ Əczaçılıq Ə 200.0(230.7)
Subbakalavrlar üzrə 85.3 (88.2)

Gəncə Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0 (-)
✅ Kimya müəllimliyi Ə 200.0(394.0)
✅ Kimya və biologiya müəllimliyi Ə 200.0(337.5)
✅ Kimya və biologiya müəllimliyi (tədris Ə 200.0(336.1) ingilis dilində)
✅ Psixologiya Ə 200.0 (-)
✅ Biologiya Ə 319.9(319.9)
✅ Biologiya Ə 200.0
Subbakalavrlar üzrə 85.8
✅ Ekologiya Ə 191.1 (273.2)
✅ Kimya Ə 200.0 (-)

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 4-cü qrup keçid balları

✅ Ekologiya Q 150.0 (436.7)
Subbakalavrlar üzrə 92.3 (92.5)
✅ Ekologiya Ə 150.0(263.5)
Subbakalavrlar üzrə 86.2 (88.2)

Sumqayıt Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0 (-)
✅ Kimya müəllimliyi Ə 200.0(376.4)
✅ Kimya müəllimliyi (tədris ingilis Ə 200.0 ( – )
dilində)
✅ Kimya və biologiya müəllimliyi Ə 200.0(336.2)
✅ Psixologiya Ə 304.0 (462.5)
✅ Psixologiya Q 200.0 (-)
✅ Biologiya Ə 200.0 (307.3)
Subbakalavrlar üzrə 90.2 ( – )
✅ Ekologiya Ə 247.2 (251.5)
✅ Kimya Ə 200.0 (397.6)

Mingəçevir Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Kimya müəllimliyi Ə 200.0 (-)
✅ Kimya və biologiya müəllimliyi Ə 200.0(355.4)
✅ Ekologiya Ə 150.0 (298.5)
Subbakalavrlar üzrə 86.8 (88.5)
✅ Ekologiya Q 150.0 (-)
Subbakalavrlar üzrə 91.4 (91.5)

Lənkəran Dövlət Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0(358.1)
✅ Kimya müəllimliyi Ə 200.0(457.7)
✅ Kimya və biologiya müəllimliyi Ə 200.0(335.2)
✅ Ekologiya Ə 150.0(278.9)
Subbakalavrlar üzrə 83.5 (88.9)
✅ Ekologiya Q 150.0 (-)
Subbakalavrlar üzrə 91.0 (91.0)
✅ Bağçılıq və tərəvəzçilik Ə 150.0(151.4)
Subbakalavrlar üzrə 78.0 (78.0)
✅ Baytarlıq təbabəti Ə 150.0 (184.6)
Subbakalavrlar üzrə 79.1 (79.1)

Qarabağ Universiteti 4-cü qrup keçid balları

✅ Psixologiya Ə 425.3 (425.3)

Azərbaycan Kooperasiya Universiteti 4-cü qrup keçid balları

✅ Ekologiya Ə 153.2 (-)
✅ Ekologiya Q 150.0 (-)
Subbakalavrlar üzrə 92.9 (92.9)

Qərbi Kaspi Universiteti 4-cü qrup keçid balları

✅ Psixologiya (tədris ingilis dilində) Ə 292.4 (456.6)
✅ Psixologiya Ə 200.0(462.3)
✅ Psixologiya Q 200.0 (-)
✅ Biologiya (tədris ingilis dilində) Ə 200.0(330.7)
Subbakalavrlar üzrə 84.3 ( – )
✅ Biologiya Ə 200.0(310.5)
Subbakalavrlar üzrə 90.3 ( – )
✅ Ekologiya Ə 211.0(219.7)
✅ Su bioehtiyatları və akvakultura Ə 188.2(205.3)

Xəzər Universiteti 4-cü qrup keçid balları

✅ Biologiya müəllimliyi Ə 200.0(346.8)
✅ Kimya müəllimliyi Ə 200.0(381.2)
✅ Kimya və biologiya müəllimliyi Ə 355.2(355.2)
✅ Psixologiya (tədris ingilis dilində) Ə 496.3 (496.3)
✅ Baytarlıq təbabəti Ə 246.5 (246.5)

Bakı Qızlar Universiteti 4-cü qrup keçid balları

✅ Psixologiya Ə 200.0 (-)

“Odlar Yurdu ” Universiteti 4-cü qrup keçid balları

✅ Psixologiya Ə 200.0 (463.4)
✅ Biologiya Ə 200.0(308.1)
Subbakalavrlar üzrə 89.0 ( – )
✅ Ekologiya Q 150.0 (-)
Subbakalavrlar üzrə 93.3 (97.0)
✅ Ekologiya Ə 234.3 (238.8)


4-cü qrup keçid balları nədir və necə müəyyən olunur?

Keçid ballarının nə olduğunu və necə hesablandığını başa düşmək istəyirsinizsə, bu məlumat sizin üçündür.

Keçid balı nə deməkdir?

Keçid balı – hər hansı bir ixtisasa qəbul zamanı ən son seçilən abituriyentin topladığı bal kimi qeyd olunur. Başqa sözlə desək, bu göstərici həmin ixtisasa daxil olan ən aşağı nəticəli abituriyentin balıdır və rəsmi sənədlərdə keçid balı kimi yer alır.

Məsələn, 4-cü ixtisas qrupu üzrə 2024-cü ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq ixtisasına qəbul üçün keçid balı 540 olaraq müəyyən edilib. Bu o deməkdir ki, həmin ixtisasa qəbul olan sonuncu abituriyent məhz bu balı toplayıb.

Lakin burada diqqətli olmaq lazımdır: keçid balının 540 olması, bu il eyni və ya yaxın bal toplayan hər kəsin qəbul olunacağı anlamına gəlmir. Çünki keçid balları statistik göstəricidir və ildəndir-ilə dəyişə bilər – yəni həm yüksələ, həm də enə bilər.

Təhsil forması

İxtisasların qarşısında olan Ə və Q təhsil formasını göstərir. İxtisas seçimi və ixtisas kodlaşdırılması zamanı diqqət edilməlidir.
Ə – əyani təhsil;
Q – qiyabi təhsil forması.

Keçid balları üzrə rəqəmlərin izahı

4-cü qrup üzrə keçid balında olan rəqəmləri nümunə üzərindən izah edək.
Biologiya Ə 322.4 (322.4)
Biologiya Q 200.0 (-)
Subbakalavrlar üzrə 92.2 ( – )

Mötərizə içərisində olan rəqəm (məsələn 322.4) keçən il həmin ixtisasa qəbul olan sonuncu abituriyent topladığı baldır. Bu eyni zamanda bu il üçün dövlət sifarişli, yəni ödənişsiz qəbul üçün keçid balı sayılır. Mötərizədən kənarda olan rəqəm isə ödənişli əsaslar ilə qəbul üçün keçid balıdır.

Əgər mötərizə içərisində “-” işarəsi varsa bu o deməkdir ki, keçın il bu ixtisas üzrə dövlət sifarişli, yəni ödənişsiz qəbul olmayıb.

Subbakalavr keçid balalları – son 12 il ərzində kollec bitirmiş şəxslər üçün nəzərdə tutulub. Bura həm 11-ci sinifi, həm də 9-cu sinifi bitirərək kolleclərə qəbul olunaraq uğurla bitimiş şəxslər şamil olunur.

Keçid balını formalaşdıran əsas faktorlar

1. Müraciət edən abituriyentlərin sayı və nəticələri

Əgər müəyyən bir ixtisasa çox sayda abituriyent yüksək ballarla müraciət edərsə, həmin ixtisas üzrə keçid balı artacaq. Əksinə, müraciət edənlər azdırsa və nəticələr nisbətən zəifdirsə, keçid balı aşağı düşə bilər.

Hər il ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalı nəşr olunur. Bu jurnalda ixtisaslar üzrə balların bölgüsü, müraciət sayı və digər statistik məlumatlar təqdim edilir. Abituriyentlər bu məlumatlar vasitəsilə öz mövqelərini qiymətləndirə, keçid balının hansı səviyyədə ola biləcəyini təxmin edə bilərlər.

2. Plan yerlərinin sayı

Hər bir ixtisas üzrə dövlət sifarişi və ödənişli əsaslarla plan yerləri ayrılır. Məsələn, 2024-cü ildə Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisası üçün 150 yer ayrılıbsa və bu yerlərin hamısı dövlət sifarişi ilə dolubsa, keçid balı həmin 150-ci şəxsin topladığı bal (yəni, 387.2) olacaq.

Əgər bu il plan yeri 160 nəfərə qalxarsa, keçid balı bir qədər aşağı düşə bilər. Əgər plan yerləri azaldılarsa (məsələn, 130 nəfər), bu zaman keçid balı artma ehtimalı yüksəkdir.

3. Dövlət sifarişi və ödənişli əsaslarla qəbul balansı

Əgər ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər mövcuddursa, hər biri üçün ayrı keçid balları formalaşır. Lakin bəzən bütün yerlər yalnız dövlət sifarişi ilə doldurulursa, bu zaman yalnız bir keçid balı açıqlanır.

Misal üçün, əgər 150 nəfərin hamısı dövlət sifarişi ilə qəbul olunubsa, keçid balı da həmin sistem üzrə – yəni dövlət sifarişi üzrə müəyyən edilir.

Keçid balları Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunmur, onlar abituriyentlərin müraciət sayına, ballarına və ixtisas üzrə plan yerlərinə əsaslanaraq statistik şəkildə yaranır.

Yəni DİM-in keçid ballarına birbaşa müdaxiləsi yoxdur – bu nəticələr tamamilə rəqabət və real müraciətlər əsasında formalaşır.

Əgər hər hansı hissədə sualınız qalıbsa və ya əlavə izah istəyirsinizsə bizimlə əlaqə saxlayın – sizə kömək etməyə hazırıq. Uğurlar!

Telefon WhatsApp